“James Webb” teleskopu yeni qalaktikalar aşkar edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kosmik teleskop sayəsində Yerdən 11 milyard işıq ili uzaqlığında olan qalaktikalar tapılıb. Bu yeni kəşflərin Süd Yolu qalaktikasına bənzədiyi bildirilir.
Belə qalaktikalarda yeni ulduzların yaranması ehtimalı çoxdur. Məlumata görə, yeni kəşflər əvvəlkilərdən xeyli fərqlənir. Belə ki, onların digərlərindən fərqi kainatın erkən dövründə mövcud olmasıdır. Çünki aşkarlanan qalaktikaların əksəriyyəti böyük partlayışdan sonra əmələ gəlib.