
“Windows 10” sistemində yeni funksiya: SƏSLİ AXTARIŞ

“Microsoft” korporasiyası populyar “Windows 10” əməliyyat sisteminin yeni funksiyasının sınaqlarına başlayıb.
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, əməliyyat sistemi səsli axtarışın funksionallığını genişləndirəcək “Voice Launcher” adlı yeni səsli axtarış funksiyası ilə təchiz ediləcək.
“Voice Launcher” funksiyası “Explorer” fayl menecerində və “Setting up” bölməsində, eləcə də “Windows Search” xidmətində axtarış vasitələrini yaxşılaşdırmağa imkan verəcək.
Yeni eksperimental funksionallıqdan sistemin mətn daxiletmə sahəsinin mövcud olduğu “Windows Search API” əsasında işləyən bütün komponentlərində istifadə mümkün olacaq.
“Windows 10”da yeni səsli axtarış “Modern” üslubda tərtibat və istənilən form-faktorlu qurğularda iş üçün optimallaşdırma ilə təchiz edilib. İstifadəçi genişləndirilmiş axtarış quraşdırmalarından istifadə edə bilər – məsələn, avtomatik punktuasiya funksiyasını aktivləşdirmək olar.
Hazırda yeni funksiya məhdud sayda regionlarda və dillərdə sınaqdan keçirilir.
“Voice Launcher” səsli axtarış funksiyası ingilis, fransız, portuqal, alman, ispan, italyan, Çin və yapon dillərini dəstəkləyir.

Oxşar yazılar

ABŞ hakimiyyəti elektriklə işləyən maşınlara keçməyə qərar verdi
27 yanvar 2021 , 18:51
Sürücülər hansı avtomobilləri daha çox sürürlər? - ARAŞDIRMA
27 yanvar 2021 , 17:30
Süni intellekt üzrə dünyada lider kimdir?
27 yanvar 2021 , 10:53
Məşhur rəsm əsəri 10 giqapiksel keyfiyyətində rəqəmsallaşdırıldı - FOTO - VİDEO
26 yanvar 2021 , 19:48
Zibilliyə atılan smartfonların dəyəri - ŞOK RƏQƏMLƏR
26 yanvar 2021 , 19:16
Mobil telefon alarkən nələrə diqqət etmək lazımdır?
26 yanvar 2021 , 10:36
2021-ci ilin əsas texnoloji trendi AÇIQLANDI
25 yanvar 2021 , 18:57
Whatsapp-ın itirdiyi milyonlarla istifadəçi... – Signal, yoxsa Telegram?
25 yanvar 2021 , 13:28