Yeni gizlilik müqaviləsi qərarında israrlı olan “WhatsApp” bu gündən başlayaraq qaydalarla razılaşmayan istifadəçilərin zənglərini və mesajlarını bloklayacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, istifadəçilərə bloklanmadan əvvəl bir neçə dəfə xəbərdarlıq göndəriləcək. Bundan sonra müqavilə ilə razılaşmayan şəxslərin hesablarının dondurulma prosesinə start veriləcək və avqust ayında tamamilə silinəcək.
Xatırladaq ki, sosial şəbəkə 8 fevralda gizlilik müqaviləsi ilə bağlı irəli sürdüyü qərarın qüvvəyə minəcəyini açıqladıqdan sonra yüz minlərlə istifadəçinin etirazı ilə qarşılaşsa da, ancaq vaxtın uzadılacağı bildirmişdi.