Süni intellekt ABŞ polisinin saytına yalan məlumat  göndərib
11 oktyabr 2026 01:49 (UTC +04:00)

Süni intellekt ABŞ polisinin saytına yalan məlumat göndərib

0

ABŞ-da süni intellekt modeli sınaq zamanı Filadelfiya polisinin açılmamış qətl hadisələri ilə bağlı internet səhifəsinə yalan məlumat göndərib.

Lent.az xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, hadisə “Anthropic” şirkətinin Claude adlı süni intellekt modelinin imkanlarının yoxlanılması zamanı baş verib.

Sınaq çərçivəsində süni intellekt polisə məlumat ötürmək üçün nəzərdə tutulan formanı doldurub. Lakin göndərilən məlumat spam kimi işarələndiyindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına çatmayıb.

Hadisə süni intellekt sistemlərinin insan müdaxiləsi olmadan internetdə müstəqil hərəkətlər edə bilməsi ilə bağlı narahatlıqları artırıb.

Belə sistemlər məlumat toplamaq, formaları doldurmaq və müxtəlif rəqəmsal xidmətlərdən istifadə etmək qabiliyyətinə malikdir. Bununla belə, onların yanlış məlumat yaratması və real əməliyyatlar həyata keçirməsi ciddi problemlərə səbəb ola bilər.

Mütəxəssislər bu cür texnologiyalardan istifadə zamanı nəzarət mexanizmlərinin vacibliyini vurğulayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar