Smartfonunuzun şüşəsi zədələndikdə özünü bərpa edəcək - İNANILMAZ İXTİRA
09 yanvar 2021 19:15 (UTC +04:00)

Smartfonunuzun şüşəsi zədələndikdə özünü bərpa edəcək - İNANILMAZ İXTİRA

Cənubi koreyalı alimlər çatları bərpa edən material üzərində işləyirlər. 
 
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, istehsalçılar ekranı örtən ənənəvi şüşəyə əvəzetmə hesab edilən rəngsiz polimid üzərində çalışırlar.

Belə bir material elastik smartfonlarda tətbiq ediləcək.
 
Materialda polimerin qırılması vaxtı əmələ gələn çatlara nüfuz edə bilən kətan yağından istifadə edilib. Maddə havaya düşdükdə bərkiyir və material öz keyfiyyətini tamamilə bərpa edir.

# 5604
avatar

Oxşar yazılar