Smartfonunuzun ömrünü uzatmağın 5 sadə üsulu
18 mart 2024 12:29 (UTC +04:00)

Smartfonunuzun ömrünü uzatmağın 5 sadə üsulu

Əksər istifadəçilər bir neçə ildə bir dəfə yeni mobil telefon almaq ehtiyacı ilə üzləşirlər. Səbəb isə əvvəlki qadcetin nasazlığıdır. Əslində cihazı düzgün istifadə etməklə onun ömrünü uzatmaq mümkündür.  

Lent.az bunun üçün bir neçə məsləhəti təqdim edir: 

Yenidən yükləmə

Əgər istifadəçi həftələrlə, hətta aylarla smartfonu yenidən işə salmazsa, qadcetin uzun müddət işləməsi ehtimalı azdır. Ən azı həftədə bir dəfə mobil telefonunuza “istirahət” verin və yenidən yükləyin. 

Lazımsız fayllar 

Bu, sadəcə lazımsız fotoşəkilləri və lazımsız tətbiqləri silmək deyil. Siz həmçinin vaxtaşırı olaraq yaddaşı təmizləməlisiniz. Bu və ya digər proqram (ilk növbədə mesajlaşmalar) tərəfindən saxlanılan müvəqqəti fayllar da bura aiddir. Keşlənmiş məlumatlar cihazdakı yükü ciddi şəkildə artırır.

Antivirus quraşdırma

Cihazınızı zərərli proqramlardan qorumaq üçün smartfonunuza antivirus quraşdırmaq lazımdır. Ancaq bu zaman antivirusun özü də təhlükəsiz olmalıdır. Belə ki, antivirus proqramlarını təsdiqlənməmiş mənbələrdən yükləməyin.

“20-80” qaydasına əməl edin

Batareyanın səviyyəsi 20 faizdən aşağı düşmədən mobil cihazı doldurmaq məsləhətdir.

80-85 faiz səviyyəsini keçməzdən əvvəl şarj cihazını çıxarın. Başqa sözlə, batareya çox tez-tez doldurulmamalı və boşaldılmamalıdır.

Batareya nasaz olduqdan sonra smartfonunuzu atmayın

Batareyanın işləməməsi mobil telefonun özünün işləməməsi demək deyil. Yeni bir qadcet almaq əvəzinə, sadəcə batareyanı dəyişdirməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4617

Oxşar yazılar

Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45
İşlənmiş ən etibarlı  9 Kia avtomobili - SİYAHI

İşlənmiş ən etibarlı 9 Kia avtomobili - SİYAHI

3 may 2025 , 14:07