ABŞ Aerokosmik Agentliyi NASA Aya göndərmək istədiyi raketin yerüstü sınaqlarını həyata keçirib.
Lent.az-ın “Bild” nəşrinə istinadla xəbərinə görə, startı 3 dəfə təxirə salınmış SLS raketi yenidən yoxlanılıb. Rezervuar və borularda olan sızmalar aradan qaldırılıb. Texniki heyət raketin uçuşa hazır olduğunu bildirib.
Raketinin növbəti buraxılışının vaxtı məlum deyil.