İlin  ən uğursuz   ŞİFRƏLƏRİ: Bunları qoymayın -  SİYAHI
17 noyabr 2022 15:51 (UTC +04:00)

İlin ən uğursuz ŞİFRƏLƏRİ: Bunları qoymayın - SİYAHI

2022-ci ilin ən uğursuz parollarının siyahısı açıqlanıb. Bu şifrələrə sahib olan hesablar çox qısa müddətdə sındırıla bilər.

Lent.az  xarici KİV-ə istinadən bu il smartfonlar, noutbuklar və ya “Wi-Fi” üçün ən uğursuz parolların siyahısını təqdim edir:

123456

123456789

Guest (qonaq)

qwerty

12345678

111111

12345

col123456

123123

Bunlar təkcə ən pis deyil, həm də ən populyar parollardır. Bu şifrələrin adı hər il dərc olunsa da, bir çox istifadəçi təhlükəsizliyə yenə laqeyd yanaşır və onlardan istifadə edir. 

Bəs, təhlükəsizlik üçün hansı parolları seçməliyik?

Bunun üçün əvvəlcə hesablarınızda iki faktorlu identifikasiyaya keçin. Fərqli profillərinizdə qətiyyən eyni paroldan istifadə etməyin. Çünki bu zaman onların sındırılma riski daha yüksəkdir.

Şifrə seçərkən müxtəlif hərf birləşmələrindən, rəqəmlərdən və xüsusi simvollardan istifadə edin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4566
avatar

Sevinc Fərid

Oxşar yazılar