20 iyun 2021 11:02 (UTC +04:00)

Ən ucuz “Nokia” telefonunun qiyməti açıqlandı

"HMD Global" şirkəti "4G" dəstəkli ən ucuz "Nokia" telefonlarını təqdim edib. Bu barədə şirkətin saytında deyilir.

Lent.az "Lenta.ru" resursuna istinadən yazır ki, brendin düyməli telefonlar seriyasına "Nokia 105 4G" və "Nokia 110 4G" modelləri əlavə olunub. Nisbətən ucuz "Nokia 105 4G" modeli plastik korpus, 120x160 pikselli 1,8 düymlük rəngli "TFT" ekran, 48 meqabaytlıq quraşdırılmış yaddaş, dinamik və FM radio ilə təchiz edilib. Qurğu 1020 milliamper/saat tutumlu çıxarılabilən akkumulyatora malikdir. Gözləmə rejimində maksimal işləmə vaxtı 18 sutka təşkil edir.

"Nokia 110 4G" əvvəlki qurğudan 32 giqabayt tutumlu yaddaş kartı dəstəyi, simli qulaqcıqlar üçün 3,5 millimetrlik çıxışın və təsvir ölçüsü açıqlanmayan tək kameranın mövcudluğu ilə seçilir. Saytda, həmçinin telefonların qiyməti açıqlanıb: "Nokia 105 4G" modelinin qiyməti 37 dollar, "Nokia 110 4G" telefonunun 41 dollar təşkil edir.

Yayın əvvəlində "HMD Global" şirkəti seriyada ən ucuz "C01 Plus" smartfonunu təqdim edib. Qurğu 1440х720 pikselli 5,45 düymlük "IPS" ekran, simli qulaqcıq üçün 3,5 millimetrlik çıxış, "Wi-Fi" və "Bluetooth 4.1", FM radio dəstəyi ilə təchiz olunub. "Nokia C01 Plus" telefonunun qiyməti 90 dollara bərabərdir.

# 4047
avatar

Oxşar yazılar