ABŞ-da yeni Ford Mustang Shelby GT500 Code Red təqdim olunub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, avtomobilin qiyməti 209 995 dollardan başlayır.
Ford Mustang Shelby GT500 Code Red standart 5,4 litrlik V8-ə malikdir və mexaniki kompressor əvəzinə iki Kona turbini var.
Mühərriki 760 at gücündədir. 100 kilometr/saat sürət götürməsi təxminən 3 saniyə çəkir. Maksimal sürət 300 kilometr/saatdan çoxdur.
Avtomobil yeddi pilləli robot sürət qutusuna malikdir. İstehsalçı onu təkmilləşdirib. Həmçinin avtomobildə ən son ox valları, tənzimlənən asma yayları və amortizatorlar var.