“Kalaşnikov” konserni əfsanəvi “İzh-49” motosikleti əsasında məhdud sayda buraxılmış elektrik velosipedini buraxıb.
Lent.az xəbər verir ki, bu barədə istehsalçının saytında bildirilir.
Söhbət retro üslubda olan tək oturacaqlı elektrik velosipedindən gedir. Nəqliyyat vasitəsi şəhər mühitində səyahət üçün uyğundur. “İzh-49”un yeni versiyası 130 kiloqram çəkiyə malikdir, hava ilə soyudulan fırçasız DC mühərriki ilə təchiz edilib və sürəti saatda 95 kilometrə çata bilir.