Böyük əməliyyat: Haker şəbəkəsi zərərsizləşdirildi
28 may 2026 01:00 (UTC +04:00)

Böyük əməliyyat: Haker şəbəkəsi zərərsizləşdirildi

0

“Google”, “CrowdStrike” və “Shadowserver” fondu proqram təminatı hazırlayanları hədəf alan “Glassworm” adlı böyük haker şəbəkəsini zərərsizləşdirib.

Lent.az xəbər verir ki, kibercinayətkarlar zərərli proqramlar yaymaq və parolları oğurlamaq üçün açıq mənbəli proqram təminatı hazırlayanlarını hədəfə alırdı.

Məlumata görə, hakerlər saxta proqram əlavələri, yoluxdurulmuş kod paketləri və oğurlanmış hesablar vasitəsilə 300-dən çox “GitHub” deposuna zərərli kod yerləşdirə biliblər.

Əməliyyat zamanı botnetin idarəetmə kanalları eyni vaxtda bağlanıb və yoluxmuş cihazlarla əlaqəsi kəsilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar