“Apple”ın ən güclü cihazları –  YENİ SİYAHI
09 iyun 2023 17:25 (UTC +04:00)

“Apple”ın ən güclü cihazları – YENİ SİYAHI

“Apple” cihazları üçün yenilənmiş reytinq siyahısı dərc edilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeni reytinqdə, eləcə də köhnə reytinqdə birinci yeri M2 çipinə əsaslanan “iPad Pro 6” planşeti tutub.

12,9 düymlük planşet siyahıda 1,4 milyondan çox bal toplayıb.

İkinci yeri 1,28 milyon balla eyni M2 çipinə əsaslanan bu planşetin 11 düymlük versiyası tutub. İlk üçlüyü 1,19 milyon xal toplayan M1 çipinə əsaslanan 12,9 düymlük “iPad Pro 5” qapayır.

Dördüncü yerdə 1,28 milyon bal topkayan 11 düymlük “iPad Pro 5” qərarlaşıb. İlk beşliyə 1,11 milyondan çox xal toplayan M1 çipinə əsaslanan “iPad Air 5” də daxil edilib.

Əvvəlki reytinqdə olduğu kimi, burada da “iPhone 14 Pro” yalnız altıncı, “iPhone 14 Pro Max” isə yeddinci yerdə qərarlaşıb. 

İlk onluğa “iPhone 13 Pro Max”, “iPhone 13 Pro” və Apple A12X Bionic çipinə əsaslanan 12,9 düymlük “iPad Pro 4” da daxil olub. 

# 1980
avatar

Sevinc Fərid

Oxşar yazılar