ABŞ-nin "Apple" şirkəti tarixdə ilk dəfə bazar dəyərini 4 trilyon dollara çatdırıb.
Lent.az xəbər verir ki, bunu "Nasdaq" birjasının məlumatları təsdiq edir.
Belə ki, ticarət sessiyası ərzində "iPhone" istehsalçısının səhmləri 0.33% bahalaşaraq 269.71 dollara çatıb. Bununla da, şirkətin bazar kapitallaşması 4.001 trilyon dollar olub.
Beləliklə də, "Apple" digər ABŞ şirkətləri "Nvidia" və "Microsoft"dan sonra bazar dəyərini 4 trilyon dollara çatdıran üçüncü şirkət olub.