Bakıya yağış yağır
31 avqust 2026 10:41 (UTC +04:00)

Bakıya yağış yağır

0

Avqustun 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Qusarda 8, Balakən, Qobustanda 5, Şahbuzda 4, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Şamaxıda 3, İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Qax, Zaqatala, Şəki, Quba, Xaçmaz, Xınalıq, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astara, Zəngilan, Kəlbəcər, Füzuli, Ağdamda 1 mm-dək qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar