
Aliexpress Amerikada qadağan edildi

ABŞ-ın Aliexpress-dən mal almasına qadağa tətbiq etdiyi məlum olub.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Çin mobil ödəmə tətbiqləri ilə əməliyyatları məhdudlaşdıran fərman ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb və 45 gün ərzində qüvvəyə minəcək. Alipay ödəmə platforması, ABŞ-da əməliyyat aparması qadağan edilən xidmətlər siyahısına daxil edilib. İstifadəçilərin Aliexpress-də alış-veriş edə bilməsi onun sayəsində reallaşırdı.
WeChatPay, QQWallet, Tencent QQ və digər məşhur Çin tətbiqləri vasitəsilə də 45 gün ərzində əməliyyatlar məhdudlaşacaq.
Bu təşəbbüs ABŞ milli təhlükəsizliyinin qorunması ilə əlaqələndirilir. Qeyd olunur ki, 45 gün əvvəl ABŞ Ticarət Nazirliyi yuxarıdakı proqramlardan istifadə edərək hansı əməliyyatların qadağan olunduğunu göstərməlidir.

Oxşar yazılar

"Facebook"da problemlər yarandı
23 yanvar 2021 , 09:56
Kosmik şirkətdən əksəriyyəti təəccübləndirən addım: 2 neft buruğu aldı
21 yanvar 2021 , 19:52
Mütəxəssislərdən etiraf: “Yüksək zəkalı sistemi idarə edə bilməyəcəyik”
16 yanvar 2021 , 19:48
Bu da uçan maşın - VİDEO
15 yanvar 2021 , 19:46
Təcili smartfonunuzdan silin: əks halda
15 yanvar 2021 , 19:32
Dünyanın ən uzun kanat yolu açıldı
15 yanvar 2021 , 18:51
“Telegram”da son bir həftədə qeydiyyatdan keçən prezidentlər
15 yanvar 2021 , 17:12
Smartfonlarda yeni nəsil BARMAQ İZİ TEXNOLOGİYASI
15 yanvar 2021 , 10:21