Yol polisindən hava XƏBƏRDARLIĞI
02 oktyabr 2021 13:10 (UTC +04:00)

Yol polisindən hava XƏBƏRDARLIĞI

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qrumdan Lent.az-a  verilən məlumatda bildirilib ki, oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə küləyin güclənəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti proqnoz verib.

Bu da sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir: "Avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevr etməkdən çəkinsinlər və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etsinlər. Yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır.Bununla yanaşı, sürücülərə xatırladırıq ki, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı onların inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir.

Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4502

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

5 iyul 2025 , 14:45
Dünyada  İLK:  Qadın süni intellektlə hamilə qaldı

Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı

5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası  olmayacaq - PROQNOZ

Sabah da çimərlik havası olmayacaq - PROQNOZ

5 iyul 2025 , 13:43
Aşura bu gündür  - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA

Aşura bu gündür - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA

5 iyul 2025 , 13:17
Bakıya yağış yağacaq  - Sabahın havası

Bakıya yağış yağacaq - Sabahın havası

5 iyul 2025 , 12:38
Bu məhsulların qiymətlərini qaldırmaq  təklif edildi

Bu məhsulların qiymətlərini qaldırmaq təklif edildi

5 iyul 2025 , 12:36
Allahşükür Paşazadə qan  verdi

Allahşükür Paşazadə qan verdi

5 iyul 2025 , 11:15
Sevgi və  xoş xəbərlər:   İyulun 5-i 5 BÜRC üçün əsl nağıl olacaq

Sevgi və xoş xəbərlər: İyulun 5-i 5 BÜRC üçün əsl nağıl olacaq

5 iyul 2025 , 11:12