Altay Respublikasına ilk qar yağıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, avqust ayı üçün qeyri-adi hadisədir.
Avqustun 5-də səhərə qədər qar müşahidə edilib. Hadisə şahidlərinin çəkdiyi kadrlarda ağ qar ləpələrinin yol üzərində uçduğu görünür.
Başqa heç bir təfərrüat açıqlanmır. Eyni zamanda, yerli Hidrometeorologiya Mərkəzinin həmin gün regioda yağıntı gözlənildiyi barədə məlumat yayıb.