Qubada 60 yaşlı qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü tapıldı - YENİLƏNİB
24 noyabr 2026 22:39 (UTC +04:00)

Qubada 60 yaşlı qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü tapıldı - YENİLƏNİB

1

Bu gün saat 18 radələrində Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində piyadanı vuraraq hadisə yerindən uzaqlaşan sürücü polis əməkdaşları tərəfindən tapılaraq istintaqa təhvil verilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, V. Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən, 1966-cı il təvəllüdlü Rəna Eynulla qızı Orucovanı vurub.

Ağır xəsarətlər alan piyada təcili tibbi yardım gələnə qədər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

19:25

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Barlı kəndi ərazisindən keçən yolda qeydə alınıb.

Xaçmaz rayon sakini, 60 yaşlı Rəna Orucova yolu keçmək istəyərkən avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.

Sürücü hadisə yerindən uzaqlaşıb. Onun şəxsiyyəti və avtomobilin markası hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 678

Oxşar yazılar