“Yaşıl Gələcək”  - Uşaqlar ətraf mühiti belə mühafizə etdi
15 may 2025 09:55 (UTC +04:00)

“Yaşıl Gələcək” - Uşaqlar ətraf mühiti belə mühafizə etdi

“Abşeron rayonu Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Yaşıl Gələcək” adlı maarifləndirici tədbir keçirdik”.

Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib. Deputat bildirib ki, məqsəd şagirdlərə ətraf mühitin əhəmiyyəti, təbii sərvətlərin qorunması və ekoloji tarazlığın saxlanılması ilə bağlı biliklərin aşılanmasıdır:

"Tədbirin ilk hissəsində uşaqlara ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, biomüxtəlifliyin qorunması kimi mövzularda interaktiv təqdimatlar keçirildi. Ardınca isə müxtəlif mövzularda ekoloji master-klasslar, yaradıcılıq yarışmaları və qruplar üzrə praktiki fəaliyyətlər təşkil olundu. Bu hissədə uşaqlar həm öyrəndilər, həm də ekoloji mövzularda yaradıcı yanaşmalarını nümayiş etdirmək imkanı qazandılar. Tədbir çərçivəsində məktəbin həyətyanı ərazisində ağacəkmə aksiyası keçirildi. Biz inanırıq ki, “Yaşıl Gələcək” təşəbbüsü ilə təbiəti sevən və onu qorumağı bacaran yeni bir nəsil yetişəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar