Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olundu - VİDEO
23 yanvar 2023 22:21 (UTC +04:00)

Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olundu - VİDEO

Xəzər Media Mərkəzinin adından istifadə edən şəxs polis tərəfindən saxlanılıb.

Lent.az-ın məlumatına görə, həmin şəxs gənc qızı aldadaraq onu Xəzər TV-də işə düzəldəcəyinə söz verib. Hətta  bunun müqabilində pul da alıb. İşə düzəldəcəyi şəxsdən növbəti dəfə pul alan şəxsi polis elə “iş başında” saxlayıb. Hazırda polis həmin şəxsin digər oxşar cinayətlərinin olub-olmamasını araşdırır.

Xezerxeber.az-ın məlumatına görə, belə bir  hadisə paytaxt sakini Gülsüm Seyidovanın başına gəlib.

İş elanlarının olduğu vatsap qrupunda tanış olduğu bir şəxs onu həm aldadıb, həm də pulunu alıb.

Həmin şəxs Gülsüm Seyidovaya Xəzər Media Mərkəzində vakansiyanın olduğunu bildirib və işə düzəltmək üçün ondan sənədlər və pul istəyib.

Bütün sənədlərini toplayan Gülsüm sonra həmin şəxslə görüşüb. Sənədlərini və “Press kart” üçün tələb olunan vəsaiti  ona təqdim edib.

Gülsüm Seyidova bildirib ki, bundan sonra həmin şəxs ona zəng edərək işdə geyinmək üçün uniforma üçün də ayrıca pul tələb edib.

Bundan sonra Gülsüm Seyidova ərazi üzə polis bölməsinə müraciət edib. Dələduzluğu törətməkdə şübhəli bilinən  şəxs polis tərəfindən elə “iş başında” saxlanılıb.

Hadisə barədə danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, əməli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Çingiz Mirzəyev saxlanılıb, hazırda araşdırma gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3765

Oxşar yazılar

Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

13 may 2025 , 16:31
Ən zərərli   süd məhsulu AÇIQLANDI

Ən zərərli süd məhsulu AÇIQLANDI

13 may 2025 , 16:21
Bank kartı fırıldaqları:  Aldanılmamaq üçün nə etməli?

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri

Magistratura imtahanının nəticələri

13 may 2025 , 15:49
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR”  -VİDEO

Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO

13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 13:08