Yubiley sorğusu: kalkulyatordan istifadə edirsinizmi?
15 aprel 2015 17:50 (UTC +04:00)

Yubiley sorğusu: kalkulyatordan istifadə edirsinizmi?

1, 2, 3, 4, 5... Bəşəriyyətin ilk yaranan dövrlərində insanlar müxtəlif sayma və hesablama sistemlərindən istifadə ediblər. İlk əvvəl bunun üçün əl barmaqlarından, çubuqlardan, daha sonra isə daşlardan istifadə ediblər. Zaman keçdikcə daha böyük hesab əməllərini yerinə yetirmək zərurəti yeni texniki qurğuların hazırlanmasına təkan verib.

 

Hesablama əməliyyatını aparmaq üçün yaradılan ilk qurğu abak olub. Bu hesablayıcı iki cərgədə novları olan dördbucaqlı şəklində idi və həmin novlara xırda daşlar salmaqla hesablama aparırdılar. Xırda daş, çınqıl latınca "calculus" deməkdir. Sonradan bu sözdən hesablamaq mənasını verən "calculator" sözü əmələ gəlib.

 

1970-ci ilin bu günü isə Yaponiyada ilk elektron kalkulyator yaradılıb. Hazırda insanların mütəmadi istifadə etdikləri kalkulyatorların bir çox təkmilləşmiş növləri var. Bəs görəsən, Azərbaycan vətəndaşları kalkulyatordan tez-tez istifadə edirmi?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar