Xınalıq yolu 6 gündən sonra açıldı
06 yanvar 2016 21:20 (UTC +04:00)

Xınalıq yolu 6 gündən sonra açıldı

6 gündür bağlı olan Quba-Xınalıq yolu bu gün qardan təmizlənərək açılıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu barədə Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov məlumat verib. Onun sözlərinə görə, 3 gündür ki, yolda işləyən nəqliyyat işçiləri həyatları hesabına yolu aça biliblər. Çünki yolda hər an qar kütləsi tez-tez texnikanın, işçilərin üstünə düşürmüş. Fəhlələrin təhlükəsizliyinə bu anda 3 faiz belə zəmanət vermədiyini deyən Aydəmir Manafov bildirib ki, qarın təmizlənmə işlərinə idarənin 23 işçisi, 5 texnikası cəlb olunub.

 

Artıq Xınalıq sərhəd zastavasının yolu tam açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar