Universitetlər üzrə boş qalan ixtisaslar açıqlandı
06 sentyabr 2013 12:46 (UTC +04:00)

Universitetlər üzrə boş qalan ixtisaslar açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası universitetlər üzrə boş qalan ixtisasları açıqlayıb. Lent.az-ın məlumatına görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, əsasən ali məktəblərin ödənişli ixtisaslarında və o cümlədən özəl ali məktəblərdə plan yerləri boş qalıb. N. Əliyev qeyd edib ki, regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslarda müsabiqə şərtini ödəyən namizədlər yoxdur: “Artıq vakant yerlər elan olunub və müsabiqədən keçməyənlər üçün əlavə imkanlar yaradılıb. Bununla da ali təhsil müəssisələrinə 2013-2014-cü tədris ili üzrə qəbul başa çatıb”.
TQDK-nın şöbə müdiri onu da vurğulayıb ki, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub və ayrılmış müddət ərzində 32 701 nəfər (96,75%) qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti də saat 17:00-da başa çatıb. Belə ki, bu il ali məktəblərin boş qalan plan yerlərinə 938 nəfər qəbul olmuşdu və ayrılan müddət ərzində onların 732 nəfəri (78%) qeydiyyatdan keçib. Tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə isə 8243 nəfər qəbul olub. Onlardan 7248 nəfəri (87,93%) ayrılmış müddət ərzində daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.

# 1003

Oxşar yazılar