Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il ilk dəfə olaraq, 11 illik bazadan orta ixtisas məktəblərinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılacaq. Lent-az-ın məlumatına görə, bunu TQDK-nın şöbə müdiri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, 11 illik bazadan orta ixtisas məktəblərinə aparılan ilk yerləşdirmənin nəticələri əsasında 1000-ə yaxın plan yeri boş qalıb. Bununla bağlı gələn həftə ərzində boş qalan plan yerlərinə ixtisas seçimi jurnalı dərc ediləcək.
N.Əliyevin sözlərinə görə, əlavə yerləşdirmədə müsabiqəyə buraxılan, lakin məktəbə qəbul oluna bilməyən abituriyentlər iştirak edə biləcəklər.
Komissiya rəsmisi bildirib ki, ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatır. Əgər 9 illik təhsil bazasında da orta ixtisas təhsili müəssisələrinə boş qalan plan yerlərinin sayı çox olarsa, onda bu məktəblərə də yenidən əlavə yerləşdirmə aparıla bilər.