Temperatur yüksəlir
25 iyun 2013 13:04 (UTC +04:00)

Temperatur yüksəlir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, iyunun 26-da əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

 

Yaxın 2 gün ərzində respublikanın rayonlarında isti və əsasən yağmursuz hava şəraiti payızlıq dənli bitkilərin, meyvə və tərəvəzin məhsul yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq. Mərkəzi Aran rayonlarında isə əkinlərdə və bağlarda suvarmaların daha tez aparılmasına ehtiyac yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar