Təhsil Nazirliyindən akkreditasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
11 yanvar 2014 10:05 (UTC +04:00)

Təhsil Nazirliyindən akkreditasiya ilə bağlı RƏSMİ AÇIQLAMA

2012-2013-cü tədris ilində 7 ümumtəhsil müəssisəsi akkreditə olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, 4 ümumtəhsil, 1 ilk peşə ixtisas təhsili və 1 orta ixtisas təhsil müəssisəsinə xüsusi razılıq (lisenziya) verilib.

 

Nazirlikdən o da bildirilib ki, 2013-2014-cü tədris ilində hələ ki, heç bir təhsil müəssisəsi akkreditasiyadan keçməyib.

Nazirlikdən “akkreditasiya prosesində hansısa bir dəyişiklik gözlənilirmi” sualına da aydınlıq gətirilib:Təhsil müəssisələrinin akkreditasiyası sisteminin yaradılması ilə bağlı məsələ prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub. Hazırda strategiyadan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə müvafiq Fəaliyyət Planı (Tədbirlər Planı) layihəsi hazırlanır ”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar