Təhsil Nazirliyi: problemlər  həll olunacaq
17 may 2013 10:49 (UTC +04:00)

Təhsil Nazirliyi: problemlər həll olunacaq

 “2013-2020-cu illərdə Azərbaycan Respublikasında İnkluziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib. Proqramın məqsədi  sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunmasını təmin etməkdir.  

Dövlət Proqramının təsdiq olunub reallaşacağı təqdirdə sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı  problemlər öz həllini tapacaq.

 

Bunun üçün xüsusi internat məktəblərinin nəzdində fəaliyyət göstərən tədris emalatxanalarda əsaslı təmir işləri aparılıb, müasir inventar və avadanlıqlarla təchiz olunub.  Şagirdlərə əmək təlimi dərsləri dərinləşmiş proqram tələbləri əsasında emalatxanalarda keçiriləcək.  Ciddi qüsurları olan şagirdlər əmək təliminə oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb ediləcəklər.

Bununla yanaşı, onların peşə vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı reabilitasiya-inkişaf mərkəzləri təşkil olunacaq. Gələcəkdə bu tip mərkəzlərin sayının artırılması planlaşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar