Təhsil nazirindən universitet və kollec rəhbərlərinə tapşırıq
27 may 2013 10:44 (UTC +04:00)

Təhsil nazirindən universitet və kollec rəhbərlərinə tapşırıq

Təhsil naziri Mikayıl Cabbarov ali və orta ixtisas təhsili müəssisələrində 2012-2013-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr imzalayıb. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrdə bütün ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki,  imtahanlarda geniş ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər.

İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 15 gün müddətinə Təhsil Nazirliyinə  hesabat versinlər.

Ali və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində baş verən neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791

Oxşar yazılar