Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 23-dən 27-dək Vaşinqton şəhərində (ABŞ) Yaxın Şərq və Cənubi Asiya Mərkəzi (NESA) tərəfindən keçiriləcək təhlükəsizlik məsələləri üzrə növbəti seminar, Lvov şəhərində (Ukrayna) "Saber Guardian və Rapid Trident-2015" komanda qərargah təlimlərinin əsas planlaşdırma konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəyi planlaşdırılır.