Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında
iyulun 2-də hava yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.
Azərbaycanın rayonlarında iyulun 2-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə isə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.