APA-nın verdiyi xəbərə görə, yolun yenidən qurulmasına Azərbaycan prezidentinin 2012-ci il 8 iyun tarixli sərəncamına əsasən dövlət büdcəsindən ilkin olaraq 4 milyon manat ayrılıb. 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 26,8 kilometrlik hissəsi yenidən qurulub. Yolun 22,7 kilometrinə 154,8 min kvadratmetr asfalt örtüyü döşənib, 4,1 kilometrində isə torpaq bərkidilib və üstünə çınqıl qatı salınıb.
Bildirilib ki, tikintisi “Lənkəranyol tikinti” ASC tərəfindən aparılan yolun inşasına 2012-ci ilin may ayında başlanılıb, 2013-cü ilin avqustunda başa çatdırılıb. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı altı körpü təmir olunub, iki suötürücü boru quraşdırılıb.
Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirib.