
PA-nın şöbə müdiri Bakıdakı katolik kilsəsində görüş keçirib
Mayın 3-də Prezident Administrasiyasının Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olub.
Daha sonra Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi, yepiskop Vladimir Fekete ilə görüş keçirilib. Görüşdə əməkdaşlıq məsələləri müzakirə və onun inkişaf perspektivləri ətraflı müzakirə edilib. Görüşdə həmçinin yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verərək, dövlətin icmaya göstərdiyi qayğıdan yüksək məmnunluğunu ifadə edib. Etibar Nəcəfov öz növbəsində ümummilli lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. O, həmçinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın da katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik Kilsəsi ilə sıx əməkdaşlığından danışıb.
Görüşdə yepiskop Vladimir Feketeyə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı təqdim edilib.
Görüşdə Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov da iştirak edib.
Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44