Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb. İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirlir. Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.