Prezident İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Salyan Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Dövlət başçısının başqa bir sərəncamı ilə Salyan rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat, o cümlədən 6 min nəfərdən artıq əhalinin yaşadığı “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə 1 milyon manat, Salyan-Şirvan avtomobil yolunun yenidən qurulmasına 1 milyon manat ayrılıb.
Sərəncamlarda qeyd olunur ki, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.