Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşları Çexiya Milli Əlillər Şurasının dəvəti ilə avqustun 19-dan 26-dək Praqada təcrübə səfərindədir. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Məqsəd sosial infrastrukturun əlilliyi olan şəxslərə müyəssərliyi və BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının milli qanunvericiliyə tətbiqi mexanizmi sahəsində Çexiya təcrübəsini öyrənməkdir.
Səfər “World Vision İnternational” humanitar təşkilatı yanında “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsinin işçi ekspert qrupunun tərkibində baş tutub. Qrupun tərkibinə Milli Məclis Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev və “World Vision İnternational” humanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov daxildir.

Nazirlik əməkdaşları Praqada səfərdədir
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49