Müştəriyə “nərə” əvəzinə “naqqa” balığı satılır - <span style="color:red;">Agentlik əhalini ayıq olmağa çağırdı
26 oktyabr 2019 14:41 (UTC +04:00)

Müştəriyə “nərə” əvəzinə “naqqa” balığı satılır - Agentlik əhalini ayıq olmağa çağırdı

 
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində tədbirlər davam etdirir. 
 
AQTA-dan Lent.az-a verilən məlumata görə, son zamanlar agentlik tərəfindən ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir.
 
Belə ki, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri tərəfindən müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkarlanmaqdadır. 
 
Monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə “nərə” balığına oxşayan “naqqa” balığının təqdim edildiyi üzə çıxıb.
 
Bildirilib ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.
 
Qeyd olunub ki, nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları var və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin naqqa balığının dərisi demək olarki təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir. 
 
Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir. 
 
AQTA əhaliyə müraciət edərək bildirir ki, ictimai nəzarəti həyata keçirərək, ictimai iaşə müəssisələrində, həmçinin ailə şənlikləri ilə bağlı şadlıq saraylarında təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb etsinlər. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3127
avatar

Oxşar yazılar