
Leyla Əliyeva əlil uşaqlara baş çəkdi
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, 1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında oldu, burada şagirdlərlə birlikdə süfrə arxasında əyləşərək onlarla səmimi söhbət edib. Leyla Əliyevanın diqqətinə çatdırılıb ki, burada Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alırlar. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.
Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni komyuterlər hədiyyə olunub.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində olub. Məlumat verillib ki, burada 204 şagird təhsil alır.
Leyla Əliyeva şagirdlərin ifalarını dinlədi.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20