Kənd məktəbinin 12 məzunundan 9-u tələbə adını qazandı - Zaqatalada İLK
25 avqust 2026 13:45 (UTC +04:00)

Kənd məktəbinin 12 məzunundan 9-u tələbə adını qazandı - Zaqatalada İLK

0

Zaqatalanın kənd məktəbində on iki şagirddən doqquzu ali məktəbə qəbul olub.

Bu barədə Lent.az-a Nəcəf Aslanov adına Yengiyan kənd orta məktəbinin direktoru Zahidə Aslanova məlumat verib.

Onun sözlərinə görə, bu il kənd məktəbindən 12 məzun olub. Onlardan 9-u ali məktəbə daxil olub: 

“Ali məktəbə daxil olan doqquz şagirddən ikisi - Əlixanova Zəhra Sərxan qızı ilə Əlixanova Zeynəb əkiz bacılardır. Hər ikisi yüksək balla universitetə qəbul olunub. Qəbul olunan digər şagirdlərimiz - İsmayılova Duyğu Zülfiqar qızı, Əlixanova Fatimə İlfan qızı, Qurbanov Şəhriyar Əliyar oğlu, Qurbanov Əkbər Tural oğlu, Rəcəbov Fəqan Adil oğlu, Səfərova Sənubər Elmir qızı və Nurməmmədova Elif Zaur qızıdır".

Direktor universitetlərə qəbul olunan şagirdlərdən bəzilərinin müəllim yanına getdiyini bildirib: "Bəziləri dərsdən sonra məşğələlərə gedirdilər. Universitetə qəbul olmayan uşaqlardan birinin yaxşı əl qabiliyyəti var, çox yaxşı rəsm çəkməyi bacarır. O biri uşaqlardan biri saç ustası, digəri isə elektrik olmaq istəyir. İndiyə qədər məktəbdə 634 bal toplayan məzunumuz da olub. Ancaq faiz nisbəti ilə bu qədər çox şagirdin ali məktəbə qəbul olunması ilkdir”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar