Kolleclərə ərizə qəbulu başlayır
16 iyul 2013 13:25 (UTC +04:00)

Kolleclərə ərizə qəbulu başlayır

 

Sabah ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ərizə qəbulu prosesi iyulun 31-ə qədər davam edəcək.

 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları isə 5-13 avqust tarixlərində aparılacaq. Qəbul imtahanı avqustun 25-də keçiriləcək. 9-12 sentyabr tarixlərində isə orta ixtisas təhsili müəssisələrinin boş plan yerlərinə ixtisas seçimi olacaq.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106
avatar

Oxşar yazılar