Türkiyədə Zəfər bayramının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub.
Lent.az-ın verdiyi məlumata görə, avqustun 30-da Ankarada Beynəlxalq Sülh və Qardaşlıq Platforması tərəfindən təşkil edilən tədbirə Platformanın sədri Mustafa Kurt tərəfindən Qarabağ müharibəsi veteranı, "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynli də dəvət olunub.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Nəcibə Nəsibova, müğənni Azərin, "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud da iştirak ediblər. Mustafa Kurt tədbirdə İbad Hüseynliyə plaket təqdim edib.