Həkimlərin işə qəbuluna dair müsabiqənin nəticələri açıqlandı
29 iyul 2013 18:27 (UTC +04:00)

Həkimlərin işə qəbuluna dair müsabiqənin nəticələri açıqlandı

 

Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair növbəti müsabiqənin nəticələri açıqlanıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqənin nəticələri ilə nazirliyin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

 

Müsabiqə zamanı elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Bunlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.

 

İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq ikinci-müsahibə mərhələsinə buraxılıb. Onlardan 63 nəfəri həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı müsahibədən müvəffəqiyyətlə keçərək işlə təmin olunublar. 

 

 

Həkimlərin işə qəbulu üzrə müsabiqə iki mərhələdə keçirilir. İlk mərhələ olan test imtahanında keçən namizədlər müsahibədə iştirak edirlər. Hər iki mərhələdən keçən həkimlər isə müvafiq ixtisaslarda işə qəbul olunurlar. Həkimlərin işə qəbulu üzrə ilk müsabiqədən 34 nəfər həkim uğurla keçib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751
avatar

Oxşar yazılar