Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 20-22 dərəcəyə çatacaq.
Rayonlara gəlincə, iyunun 7-də dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, şərq rayonlarında isə axşam qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 isti dərəcə olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, iyunun 7-dən 8-i gündüzədək güclü xəzri küləyinin üstünlüyü metohəssas insanlarda diskomfort hissi yarada bilər.