Füzuli Ələkbərov Hacıqabulda qəbul keçirdi
06 sentyabr 2013 13:05 (UTC +04:00)

Füzuli Ələkbərov Hacıqabulda qəbul keçirdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Hacıqabul rayonunda qəbul keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qəbula Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının sakinləri qatılıb.

 

Tədbirdə ümumilikdə 80-dək sakinin “Açıq qapı” şəraitində müraciətləri dinlənilib. Qaldırılan məsələlərdən bəziləri yerindəcə həll olunub. F.Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən, “Özünədəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

 

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

# 320
avatar

Oxşar yazılar