DSMF-in səlahiyyətlərindən biri Sosial Müdafiə Nazirliyinə verildi - QƏRAR
07 yanvar 2014 17:04 (UTC +04:00)

DSMF-in səlahiyyətlərindən biri Sosial Müdafiə Nazirliyinə verildi - QƏRAR

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Kabinetinin 2012-ci il 13 avqust tarixli qərarında dəyişiklik edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2012-ci il  13 avqust tarixli qərarının  1-ci hissəsində “, keçmiş Prezidentin ailə üzvlərinə isə aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri “ödənilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, keçmiş Prezidentin ailə üzvlərinə  aylıq müavinətin ödənilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilib.

Bu qərar imzalandığı gündən qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2324

Oxşar yazılar