Nazirlər Kabineti Xüsusi Dövlət Mühafizə Xidmətinin bəzi əməkdaşlarının vəzifə maaşlarına əlavələrin təyin edilməsi haqqında qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, qərara əsasən, müvafiq fondlar dairəsində xidmətdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin müxtəlif adda yüksəkixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına hər il onların iki aylıq vəzifə maaşı məbləğindən və Texniki Müayinə İdarəsinin kinoloji mərkəzində xidməti itlərə qulluq və təlim keçən əməkdaşlarına, eləcə də İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizlik İdarəsinin regional şöbələrində atlara qulluq edən işçilərinə onların aylıq vəzifə maaşının 20 faizi məbləğindən çox olmamaqla, həmin Xidmət tərəfindən əlavələr ödəniləcək.