Dövlət başçısı Şəkidə avtomobil yolunun açılışında iştirak edib
14 avqust 2013 21:36 (UTC +04:00)

Dövlət başçısı Şəkidə avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev avqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak edib. APA-nın verdiyi məlumata görə, dövlət başçısı Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini, eləcə də Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyə aid qədim yaşayış məskənini əks etdirən stendlərə baxıb.

 

Prezidentə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolu 8 min əhalinin yaşadığı 8 məntəqəni əhatə edir. Yol sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcək. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edilib.
 

Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar