Dərsliklərin müəlliflik hüququ Təhsil Nazirliyinə verilib
06 sentyabr 2013 17:01 (UTC +04:00)

Dərsliklərin müəlliflik hüququ Təhsil Nazirliyinə verilib

Azərbaycanda dərslik siyasətinə dair yeni sənəd hazırlanır

 

“Dərsliklər müəlliflər tərəfindən yazılır. Dərsliklərin qiymətləndirilməsi, çapı və məktəblərə çatdırılmasını Təhsil Nazirliyi həyata keçirir”. Lent.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov APA TV-ə müsahibəsində bildirib. Nazir müavini qeyd edib ki, dərslik siyasətinə dair sənəd hazırlanır: “Həmin sənəddə nazirliyin yanaşması öz əksini tapacaq və bu, payızda hazır olacaq”.

 

C. Bayramovun sözlərinə görə, TN hesab edir ki, dərslik sifarişinə daha erkən başlanmalıdır. “Dərs ilinə az qalmış müəllimlər və şagirdlər dərsliklərə sahib olurlar. Hazırda bu praktika mövcuddur. Düşünürük ki, bu praktika dəyişməlidir. Bununla da yüksək səviyyəli dərsliklərə nail ola bilərik”. 

 

C. Bayramov onu da qeyd edib ki,  yeni dərsliklərin hazırlanmasında TQDK-nın fikirləri nəzərə alınıb: “Dərsliklər yenidən işləndikdə bütün məqamlar nəzərə alınacaq. Bununla bağlı TQDK ilə konstruktiv dialoq gedir. Bu da dərsliklərimizə öz müsbət təsirini göstərəcək”.

 

Nazir müavini onu da vurğulayıb ki, bu il ilk dəfə TN yeni çap olunmuş dərsliklərin  müəlliflik hüququna nail ola bildi: “Bundan əvvəl bu hüquq nəşriyyatlarda idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1292

Oxşar yazılar