“Hər bir imtahanın məqsədi var. Bir var attestasiya üçün, bir də var ki, seçim üçün imtahan aparılır. Buraxılış imtahanı attestasiya imtahanıdır və burada hər bir kəs iştirak edib, tam orta təhsili bitirdiyini sübut edir”. Lent.az-ın məlumatına görə, bunu TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib.
Şöbə müdirinin sözlərinə görə, qəbul imtahanlarının keçirilməsində məqsəd imtahan verən abituriyentlərin arasından seçim etməkdir: “Ona görə də, bu imtahanların birləşdirilməsini məqsədəuyğun hesab etmirik. Ola bilər ki, buraxılış imtahanlarına düşən fənlərin nəticələri qəbul imtahanında nəzərə alınsın və qəbul imtahanında fənlərin sayı azaldılsın”.
Buraxılış imtahanı ilə qəbul imtahanı birləşdiriləcək? AÇIQLAMA
711