Azərbaycanın ikinci Göygölü....
04 sentyabr 2013 11:41 (UTC +04:00)

Azərbaycanın ikinci Göygölü....

Lent.az “Tamaşa dünya” layihəsi çərçivəsində silsilə materiallarının yayımını davam etdirir. Əməkdaşımızın növbəti reportajı  Naxçıvan MR-nın Ordubad rayonunda yerləşən “Göy göl” barədədir.

 

Əksəriyyətimizin yaxşı bildiyi Göygöl rayonundakı eyni adlı göldən başqa daha bir göz oxşayan “Göy göl” Naxçıvan MR-nın Ordubad rayonunda yerləşir. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən təqribən 3000-3500 m yüksəklikdə dağ ətəyində yerləşir. Suyunun mənbəyi dağ zirvələrindəki əriyən qarlar və gölün ortasında qaynayan bulaqlardır.

 

Göygöl Naxçıvan – Ordubad yolunun Bist-Nurgüt səmtindədir. Gölə bu istiqamətdəki ən sonuncu Nurgüt kəndindən təqribən 2 saata yaxın bir zamanda getmək mümkündür. Gölə gedən yol sovet dövründən qalmadır deyə, demək olar ki, artıq itmək üzrədir. Bu yolda ancaq “Vilis” markalı Sovet maşınları hərəkət edə bilir. Gölə gedən yolda çox sayda sərin bulaqlar və Naxçıvan MR-nın düzən bölgələrindən bura yaylağa qalxmış köçərilərin yataqları gözə dəyir.

 

Bu göl yerli əhali arasında “dörd fəsil” gölü də adlanır. Çünki gölün bir tərəfində qar olanda digər tərəfində çiçək açır. Bu səbəbdən göl o qədər də böyük olmasa da, gözəl təbiət nümunəsi kimi göz oxşayır. Yay fəslində Göygölə səfər edənlərin sayı çox olur. Naxçıvanın istisindən insanlar bura gəlir, dincəlir, piknik edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5542

Oxşar yazılar